!
Geri Qaytarma və Mübadilə
Ümumi Qaydalar
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, aldığınız məhsulu 14 gün ərzində aşağıdakı şərtlər daxilində geri qaytara və ya dəyişdirə bilərsiniz.
Qaytarıla bilər:
- Qablaşdırma zədələnməyibsə
- İstifadə olunmayıbsə
- Zavod defekti aşkar edilibsə
Qaytarıla bilməz:
- Quraşdırılmış kondisionerlər
- Mexaniki zədələnmiş mallar
- Qutusu atılmış məhsullar
Xahiş edirik, məhsulu təhvil alarkən kuryerin yanında vizual baxış keçirəsiniz. Təhvil alındıqdan sonra yaranan mexaniki zədələrə görə mağaza məsuliyyət daşımır.